Şirkətin strukturu
Pilot Residence olaraq hesab edirik ki, tikinti şirkətinin təşkilatı strukturu, onun fəaliyyətinin qurulması və idarə olunmasını peşəkar formada əks etdirməlidir.
Qədim Bakının yarandığı yerdə inşa edilən 12 mərtəbəli və 5 bloklu premium mənzillər
Tikinti işləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarına və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 21 saylı, 28 fevral 2017-ci il tarixli Sərəncamına əsasən “PILOT RESIDENCE” Mənzil Tikinti Koperativi tərəfindən rəsmi inşaat qaydaları əsasında aparılır.
Səs-küydən uzaq
“Pilot Residence”dən mənzil almaqla, şəhər həyatının ən səssiz yaşandığı yerlərdən biri olan Nizami küçəsi, 4 ünvanında mənzil almış olacaqsınız. Binamız Bakının yarandığı, lakin şəhərin səs-küyündən uzaq bir yerdə yerləşir.
Bakının tam mərkəzində
38 sot həyət harada var?
Binanın tikintisi ümumi sahəsi 60 sot olan ərazidə aparılır ki, bu ərazinin də 38 sot hissəsi məhz həyət üçün nəzərdə tutulub. 38 sotluq geniş həyətdə, uşaq oyun və idman meydançası, sakinlərin gəzinti və istirahəti üçün park yer alacaq.
Hər mərtəbədə
2 mənzil
Hər mərtəbədə 2 mənzil olmaqla binada ümumi 90 premium mənzil var və qeyd edək ki, satışda olan mənzillərin sayı məhduddur.
Yerdən tavana
qədər pəncərə
Evə işıq verən önəmli hissələrdən biri pəncərə olduğundan, binamızın hər mərtəbəsində, yerdən tavana qədər quraşdırılan şüşə pəncərələrlə, enerji sərfiyyatına qənaət edərək, şəhərə və Xəzər dənizinə baxaraq dincələcəksiniz.
Faizsiz
daxili kredit
“Pilot Residence” müştərilərə, heç bir banka getmədən, sərfəli və faizsiz daxili kredit ilə mənzillər təklif edir.
Sizin həyətinizdən
bulaq suyu axırmı?
Tikinti işləri zamanı aşkar edilən və tərkibi bir çox təbii minerallarla zəngin bulaq suyu içmək üçün tam yararlıdır və bina hazır olduqda sakinlərin ümumi istifadəsinə veriləcək.
Hər mənzilə
qızıl açar
“Pilot Residence”dən mənzil alan hər kəsə xüsusi simvol kimi 8 qramlıq qızıl açar təqdim ediləcək.
Ümumi plan
“Pilot Residence”dən mənzil almaqla, şəhər həyatının ən səssiz yaşandığı yerlərdən birində mənzil almış olacaqsınız. Binamız Bakının yarandığı, lakin şəhərin səs-küyündən uzaq bir yerdə yerləşir.
Mənzillər
2 otaqlı: 110 m² - 139 m²
3 otaqlı: 149 m², - 181 m²
4 otaqlı: 194 m² - 232 m²
5 otaqlı: 251 m² - 280 m²
6 otaqlı: 285 m²

Dupleks: 215 m² - 459 m²
Tikinti prosesi
Hazırda sürətlə davam edən tikinti işləri 2019-cu ildə yekunlaşaraq hazır vəziyyətdə olacaq binada, yaşayış üçün hər şərait təmin edilərək, sakinləri yeni mənzillərdə gözləyəcəyik.



Satış ofisi
Zəng edin, sizin də
şəhərdə eviniz olsun:

Qısa nömrə: *3555
Mobil: +994 50 553 55 55
Telefon: +994 12 505 35 55

Səbail rayonu, M. və L. Rastropoviçlər küçəsi 5/11

[email protected]